23 İyul 2018 09:31
757
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qazax rayonunda bıçaqlanma hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, rayonun mərkəzində 1988-ci il təvəllüdlü Əli Əlimuradov bıçaqlanıb.

Yaralı ağır vəziyyətdə xəstəxanaya gətirilib. Ona tibbi yardım göstərilib.

Məlum olub ki, Əli Əlimuradov Bakı şəhər sakinidir, işi ilə bağlı Qazax rayonunda kirayədə yaşayıb.

Elə onun kirayə yaşadığı evdə bıçaqlandığı bildirilir.

Həmin evdə Əli Əlimuradov tanışı ilə mübahisə edib. Tanışların mübahisəsi sonradan davaya çevrilib.

Dava zamanı Əli Əlimuradov kürək nahiyəsindən bıçaq xəsarəti alıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 126.1-ci (sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov