Şəki şəhərində silahlı insident olub.
Teleqraf.com xəbər verir ki, Şəki şəhər sakini Şahin Əlibalayevin münaqişə zəminində qonşusu Azər İbrahimovun evinin giriş qapısına tüfəngdən atəş açıb.
Baş verən silahlı insidentlə bağlı Şəki şəhər-rayon polis şöbəsinə zərərçəkmiş müraciət edib.
Hadisə zamanı xəsarət alan olmayıb.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Şahin Əlibalayevin evindən müvafiq sənədləri olan “Vinçester” tipli tüfəng, 6 ədəd patron və 1 ədəd süngübıçaq aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.