Lənkəran şəhərində oğurluq hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, rayon ərazisindəki evlərin birindən 10.000 manat dəyərində qızıl əşyalar oğurlanıb.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən şəhər sakinləri Murad Rəhimli, Vüqar Əliyev və Qoşqar Ağarzayev saxlanılıblar.
İstintaq araşdırması zamanı müəyyən edilib ki, Qoşqar Ağarzayev əvvəllər məhkum olunub.
Faktla bağlı cinayət işi başlanıb.