Laosda su səddinin çökməsi səbəbindən yüzlərlə insan itkin düşüb.
Teleqraf.com xəbər verir ki, hələlik 19 şəxsin cəsədi tapılıb.
“Röyter”in məlumatına görə, 3 min insan xilas olunmağı gözləyir.
Laosun rəsmi xəbər agentliyi Attapeu əyalətində hidroelektrik səddin çökməsinin səbəblərinin bəlli olmadığını yazıb. Ehtimala görə, su səddi bölgədə güclü yağış və seldən sonra çöküb.
Nəticədə 6 kənd su altında qalıb, çoxlu sayda insan ölüb, yüzlərlə şəxs isə itkin düşüb.