25 İyul 2018 19:00
2 148
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nabranda dənizdə batan şəxslərin kimliyi müəyyənləşdirilib.

Teleqraf.com xəbər verir ki, dənizdə batan şəxslər Xaçmaz rayonun Palçıqoba kənd sakinləri - 1970-ci il təvəllüdlü Kamilə Qocayeva, onun qızı, 24 yaşlı Aysel, Dadaşova Ruhiyyə Eyvaz qızı və onun oğlu, 2002-ci il təvəllüdlü Dadaşov İkram Məmmədyar oğludur.

Onların meyitlər Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən sudan çıxarılaraq aidiyyatı üzrə təhvil verilib.

18:15

FHN Nabran qəsəbəsində bir ailənin 4 üzvünün batması ilə bağlı məlumat yayıb. Bildirilir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Xaçmaz rayonunun Nabran qəsəbəsində dənizdə (ən yaxın xilasetmə məntəqəsindən 2000 metr aralı, nəzarətsiz ərazi) 4 nəfərin batması barədə məlumat daxil olub.

Qocayeva Aysel Əfqan qızının meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Dalğıc-axtarış qrupu hadisə yerinə çatana kimi Qocayeva Kamilə İkram qızının, Dadaşova Ruhiyyə Eyvaz qızının və Dadaşov İkram Məmmədyar oğlunun meyitləri vətəndaşlar tərəfindən sudan çıxarılıb.

17:55

Azərbaycanda bir ailənin 4 üzvü dənizdə boğulub.

Məlumata görə, hadisə Xaçmaz rayonu, Nabran qəsəbəsi ərazisində qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən suda batan ailə üzvlərinin meyitləri tapılaraq sudan çıxarılıb.


Müəllif: Mənbə/APA

Oxşar xəbərlər