Türkiyənin Bolu şəhərində toy mərasimi zamanı bəy və gəlinin qohumları arasında dava düşüb.
Teleqraf.com xəbər verir ki, nəticədə 8 nəfər xəstəxanaya çatdırılıb.
Ailələr arasında münaqişə toya gələn qonaqlarla maraqlanmamaq üstündə olub. Şadlıq evində başlayan dava küçədə davam edib. Davanı sakitləşdirə bilməyən qonaqlar polisə zəng edib.
Polis gözyaşardıcı qaz tətbiq etməli olub.