Beyləqan rayonunda qətl hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, hadisə rayonun Sarısu kəndində qeydə alınıb.
Kənd sakini Mübariz Ağayev evində münaqişə zəminində arvadı Səidə Ağayevanı kəndirlə boğaraq öldürüb.
Polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində Mübariz Ağayev saxlanılıb.
Faktla bağlı cinayət işi başlanıb.