3 Avqust 2018 22:13
489
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı şəhərinin Suraxanı rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Teleqraf.com-un FHN-in saytına istinadən verdiyi məlumata əsasən, hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1948-ci il təvəllüdlü Məmmədov Akif Xeyrulla oğlunun cəsədini aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat başa çatıb.​


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər