Şabranda ilansancma hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, hadisə iki gün öncə rayon mərkəzində baş verib.
Bakıdan Şabrana qonaq gələn 1986-cı il təvəllüdlü Məmmədova Könül Feodır qızı bilmədən ilanın üzərində əyləşib. İlan K.Məmmədovanı ayağının daban nahiyəsindən sancıb.
K.Məmmədova Şabran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və həkimlərin səyi nəticəsində onun həyatını xilas emək mümkün olub. Hazırda xəstənin vəziyyəti normaldır.