İsveçrədə turistləri Alp dağlarına səyahətə aparan təyyarə qəzaya uğrayıb.
Teleqraf.com xəbər verir ki, təyyarə Piz Segnas dağına düşüb.
JU-AİR hava yollarına aid, 20 nəfərlik JU-52 model təyyarənin köhnə olduğu bildirilib.
Polis bildirib ki, dağın 2540 metrliyində təyyarənin qalıqları tapılıb. Hazırda 5 helikopter axtarış işlərinə cəlb edilib.
Təyyarədə 17 sərnişin və 3 ekipaj üzvü olub. İsveçrə hökuməti bu tip təyyarələrin uçuşuna qadağa qoyub.