İndoneziyanın Lombok adasında 7 maqnituda gücündə zəlzələ baş verib.
Teleqraf.com xəbər verir ki, yerli “Metro TV” təbii fəlakət nəticəsində ilkin məlumatlara görə, 18 nəfər həyatını itirib, 100-dən çox insan yaralanıb.
Ölənlər sayının artacağı istisna edilmir.
İndoneziyanın Meteorologiya, İqlim və Geofizika Təşkilatının məlumatına görə, zəlzələ ocağı Mataram şəhərindən 27 kilometr şimali-şərqdə, 7 kilometr dərinlikdə qeydə alınıb. Sunami təhlükəsi elan olunub
17:12
İndoneziyanın Siberut adası yaxınlığında 5,5 bal gücündə zəlzələ baş verib.
Teleqraf.com “Lenta.ru”ya istinadən xəbər verir ki, yeraltı təkanların ocağı 10 kilometr dərinlikdə yerləşib.
Dağıntılar və xəsarət alanlar barədə məlumat yoxdur.