15 Avqust 2018 12:37
534
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şəmkir rayonunda qohumlar arasında silahlı insident baş verib.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Belə ki, avqustun 14-də Şəmkir şəhəri ərazisində yaşayan Oruc Həsənovun həyətində tanışı Ramiz Niftalıyevlə əmisi oğlu Nazim Niftalıyev arasında mübahisə baş verib, sonuncu tüfəngdən açdığı atəşlə O.Həsənovun sol əl nahiyəsinə xəsarət yetirib.

Şəmkir rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində N.Niftalıyev saxlanılıb və hadisədə istifadə etdiyi müvafiq sənədləri olmayan “TOZ-12” markalı ov tüfəngi götürülüb.


Müəllif: Teleqraf.com