28 Aprel 2014 12:56
1 514
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müsavat Partiyasının qərargahında “Rusiya təhlükəsi və Azərbaycan” mövzusunda ekspertlərin və ictimai-siyasi xadimlərin iştirakı ilə tədbir başlayıb.

Teleqraf.com-un məlumatına görə, toplantıda Müsavat başqanı İsa Qəmbər, politoloq Leyla Əliyeva, “El” Hərəkatının sədri Eldar Namazov, “El” funksioneri Köçəri Nağıbəyli, “Turan” İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev iştirak edir. Tədbirdə Rusiyanın Ukraynaya hücumu, Azərbaycana Qazaxıstana yönəlik təhlükəsi müzakirə edilir.

İlk çıxışçı M.Əliyev vurğulayıb ki, Rusiya prezidenti Vladimir Putin son prezident seçkilərində çox çətinliklə seçildi: “Moskvada meriya uğrunda seçkilərdə hakim partiya faktiki olaraq uduzub. Bu proses getdikcə dərinləşəcək”.

Müzakirələrin sonunda tədbir iştirakçılarının bəyanat qəbul edəcəyi gözlənilir.

Onu da qeyd edək ki, toplantıda AXCP və Milli Şuradan heç bir nümayəndə iştirak etmir.

Cavidan


Müəllif:

Oxşar xəbərlər