Bakı Bus MMC-yə məxsus 3 nömrəli avtobusda sürücü səhlənkarlığı baş verib.
Rəşad Babayev adlı sürücü işıqforda avtobusu saxlamaq üçün qəfil əyləcə basıb. Bu zaman avtobusda olan qadın sərnişin avtobusa çırpılaraq xəsarət alıb.
Sərnişinlər dərhal yaşlı qadına avtobusdan düşməyə köməklik göstəriblər. Əraziyə təcili tibbi yardım xidməti çağırılıb və qadın xəstəxanaya aparılıb. (axar)