18 Avqust 2018 09:02
891
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çaylarda sululuq səviyyəsi açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Teleqraf.com-a verilən məlumata görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 160, Kiçik Qafqazın çaylarında 40-110, Lənkəran-Astara bölgəsi çaylarında 20-60, Naxçıvan MR çaylarında isə 5 faizini təşkil edir.

Tranzit çaylarda hazırki vəziyyətə gəlincə, avqustun 17-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 13 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 94 m3/s olmaqla ongünlük normanın 71 faizini təşkil edir. 2017-ci ildə isə bu rəqəm 79 m3/s olmaqla ongünlük normanın 59 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 7 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 107 m3/s olmaqla, ongünlük normanın 159 faizini təşkil edir. 2017-ci ildə isə bu göstərici 11 m3/s təşkil edərək ongünlük normanın 16 faizinə bərabər olub.

Kür çayının aşağı axınında hazırki vəziyyətə gəlincə, avqustun 17-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən artım müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 4, Bankədə və Araz çayının Novruzlu məntəqəsində 5 sm artım, Salyanda və Şirvanda isə 12 sm azalma qeydə alınıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 352 sm (2017-ci il avqustun 17-də 351 sm), Şirvanda 209 sm (2017-ci il avqustun 17-də 213 sm), Salyanda 129 sm (2017-ci il avqustun 17-də 138 sm), Bankədə 178 sm (2017-ci il avqustun 17-də 187 sm), Araz çayının Novruzlu məntəqəsində isə 75 sm (2017-ci il avqustun 17-də 65 sm) təşkil edir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər