19 Avqust 2018 10:29
1 058
12 Punto 14 Punto 16 Punto 18 Punto

Lənkəran sakini bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.

Teleqraf.com "Report"a intinadən xəbər verir ki, Lənkəran rayon Hirkan qəsəbə sakini 48 yaşlı Quliyev Teymur Aləmşah oğlu ot biçərkən ürəktutmasında yerə yıxılıb.

Yıxılarkən onun əlində olan dəryaz sinəsinə batıb. Köməksiz vəziyyətdə qalan T.Quliyev hadisə yerində keçinib. Dünyasını dəyişən T.Quliyevin epilepsiya xəstəsi olduğu bildirilir.

Hazırda hüquq-mühafizə orqanları əməkdaşları hadisə yerindədir.

Faktla bağlı rayon prokurorluğunda araşdırmalara başlanıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər