19 Avqust 2018 13:15
975
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cəlilabad rayonunda yol-nəqliyyat hadisəsi olub.

Teleqraf.com "Report"a istinadən xəbər verir ki, Ələt-Astara magistral yolunun rayonun Göytəpə şəhəri ərazisindən keçən hissəsində “Mercedes” markalı avtomobillə digər maşın toqquşub.

Hadisə yerinə "təcili yardım" maşını cəlb olunub. Qəza nəticəsində ölən və yaralanan barədə hələlik məlumat verilmir.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Teleqraf.com