20 Avqust 2018 07:18
1 036
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynanın Vinnitsa şəhərində həbsxanada yanğın baş verib.

Teleqraf.com xəbər verir ki, yanğın saat 16:00-da 1 saylı cəzaçəkmə müəssisənin ərazisində olub. Həbsxanadan 100-ə yaxın insan təxliyə edilib.

Yanğınsöndürən maşınlarının hadisə yerinə rahat çatması üçün polislər bir neçə avtomobil yolunu bağlayıb.

Vinnitsa şəhərinin Milli polis idarəsinin mətbuat katibi Anna Oleynik bildirib ki, saat 17:20-də yanğın söndürülüb: "Xəsarət alan yoxdur. Yanğının səbəbi araşdırılır".


Müəllif: Teleqraf.com