Ukraynanın Xarkov şəhərinin mərkəzində naməlum silahlı şəxs polisi qətlə yetirib.
Teleqraf.com xəbər verir ki, silah səslərinin eşidildiyi əraziyə gedən polislər naməlum şəxsin müqavimətilə üzləşiblər.
Silahlı şəxs zərərsizləşdirilsə də yaralı polis əməkdaşının həyatını isə xilas etmək olmayıb.
Hadisə ilə bağlı cinayət işi açılıb, istintaq gedir.