Bakının Nəsimi rayonunda oğurluq hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, bu il fevralın 5-dən avqustun 16-dək olan müddətdə rayon ərazisindəki evlərin birindən 5000 manat və 15600 ABŞ dolları, habelə 3400 manat dəyərində qızıl üzük oğurlanıb.
21-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən, orada xadimə işləyən Lənkəran şəhər sakini Günel Piriyeva saxlanılıb.