Ötən gün Salyan rayonunun Qaraçala qəsəbəsində keçirilən toy mərasimində gözlənilməz hadisə yaşanıb.
Teleqraf.com ölkə.az-a istinadən bildirir ki, bəy Adil Eyvazov (ad şərtidir) gəlini gətirməyə gedən zaman həyatını alt-üst edəcək xəbər alıb. Ona gəlinin başqasına qoşulub qaçdığını deyiblər.
Çıxılmaz duruma düşən bəy və qohumları bir neçə saat ərzində başqa bir gəlin taparaq şənlik mərasimini davam etdiriblər.
Qeyd edək ki, gəlin Əliyeva Sona (ad şərtidir) Salyan rayonunun Düzənlik kəndinin sakinidir.