Cəlilabad rayonunda 5 nəfərin yaralanması ilə nəticələnən ağır yol qəzası baş verib.
Hadisə bu gün gecə saatlarında yeni çəkilən Ələt-Astara magistral yolunun rayonun Uzuntəpə kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Masallı sakini Ələsgər Hüseynov “Mercedes” markalı minik avtomobili ilə həmin yolda hərəkətdə olarkən maşın dəmir-beton səddə çırpılıb. Nəticədə sürücü, avtomobildə olan Masallı sakinləri Əliağa Orucəli oğlu Ələsgərov, Saleh Meybulla oğlu Mehdiyev, Vidadi Qasım oğlu Qasımov və Mahir Cəbi oğlu Məmmədov müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.