Türkiyənin Samsun vilayətində Polis Xidməti Ali Məktəbinin müdiri Cihan Alagöz xidməti otağında intihar edib.
Teleqraf.com xəbər verir ki, o, xidməti silahından baş nahiyəsinə atəş açıb.
İntiharın səbəbi açıqlanmır.
1964-cü il təvəllüdlü Cihan Alagöz Polis Akademiyasını bitirib. İxtisası üzrə müxtəlif vəzifələrdə çalışıb. İki övladı var.