28 Avqust 2018 22:30
1 137
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda marşrut sürücüsü azyaşlı uşağı qucağında otuzduraraq avtobus idarə edib.

Modern.az xəbər verir ki, həmin vaxt sərnişinlərdən biri sürücünün şəklini çəkib. Sərnişin iddia edir ki, sürücü uşaq ağladığı üçün onu qucağında otuzdurub avtobusu sürüb.

Foto ötən gün paytaxtın Nərimanov rayonunda, 24 saylı xəttdə hərəkət edən marşurut avtobusunda sərnişinlərdən biri tərəfindən çəkilib. Şəkli ''Xəzər xəbər''in votsap nömrəsinə göndərən xanım sərnişinin sözlərinə görə, metronun ''Nərimanov'' stansiyasının yaxınlığında bir azyaşlı uşaq atası ilə avtobusa minib. Uşaq bir müddət sonra ağlamağa başlayıb. Atası onu sakitləşdirmək istəsə də, buna nail ola bilməyib. Xanım sərnişinin dediyinə görə, sürücü uşağı yanına çağıraraq qucağında otuzdurub, daha sonra avtobusu idarə etməyə başlayıb. Həmin vaxt sərnişin sürücünün şəklini çəkib.

Humanistlik etmək istəyən sürücü uşağı sakitləşdirmək niyyəti ilə qucağında otuzdursa da o, bu hərəkəti ilə həm sərnişinlərin, həm də uşağın həyatını təhlükəyə atır. Yəni sükan arxasında diqqəti yayındıracaq hərəkətlərə yol verir.

Məsələ ilə bağlı sözügedən daşıyıcı şirkətlə əlaqə saxlanılıb. 24 saylı marşurutun kalon rəisi Sərvər Əliyev faktı təsdiq edib. O, hadisədən ötən gün axşam saatlarında xəbər tutduqlarını deyir.

Bakı Nəqliyyat Agentliyindən isə bildirilib ki, məsələ ilə bağlı daşıyıcı şirkətə xəbərdarlıq ediləcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər