Fransanın nüfuzlu “Le Moci” jurnalı Azərbaycana xüsusi buraxılış həsr edib.
Fransanın Azərbaycandakı səfirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, jurnalın xüsusi buraxılışında Fransanın Azərbaycandakı strategiyası və uğurlarından, ölkəmizin enerji sahəsində Avropanın vacib tərəfdaşı olmasından, Azərbaycanın neft-qaz ölkəsi kimi əhəmiyyətindən, ölkəmizin iqtisadiyyatının diversifikasiyasından bəhs olunur.
Jurnalda Fransa-Azərbaycan iqtisadi əlaqələrinin inkişafı istiqamətində aparılan işlər barədə geniş məlumat yer alıb.
“Le Moci”nin xüsusi buraxılışında həmçinin Azərbaycanın zəngin tarixi və mədəni irsindən, turizm potensialından, habelə Daqlıq Qarabağ münaqişəsinin tarixindən, erməni təcavüzünün bütövlükdə regionundan təsirindən bəhs olunur.
Jurnalda Azərbaycan və Fransanın tanınmış dövlət xadimlərinin, nazirlərin, dipolmatların, eləcə də Azərbaycanda fəaliyyət göstərən Fransa şirkətlərinin nümayəndələrinin müsahibələri dərc edilib.
Qeyd edək ki, “Le Moci” adlı iqtisadi jurnal 1883-cü ildən nəşr olunur. Fransada ən çox satılan jurnalların ilk “onluğu”nda yer alan nəşrin 5 milyonadək daimi oxucusu var.