Qazax rayonunda 19 yaşlı gənc Kür çayında boğularaq ölüb.
Hadisə rayonun Yuxarı Salahlı kəndində qeydə alınıb.
Belə ki, Qazax rayonun Yuxarı Salahlı kənd sakini, 1999-cu il təvəllüdlü Orxan Rüstəm oğlu İbrahimov Kür çayının kənd ərazisindən keçən hissəsində çimərkən batıb.
Faktla bağlı araşdırma aparılır.