Masallı rayonunda oğurluq hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, rayon ərazisindəki evlərin birindən 1000 manat pul, 1200 manat dəyərində qızıl bilərzik və mobil telefon oğurlanıb.
Masallı rayon polis şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Təzəkənd kənd sakini Mübariz Həmidov saxlanılıb.