1 Sentyabr 2018 23:14
1 054
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı şəhərinin Yasamal rayonunda mənzildə qadın meyiti tapılıb.

Teleqraf.com xəbər verir ki, FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qaldığı barədə məlumat daxil olub.

Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1933-cü il təvəllüdlü Abdinyoviç Mariya Georginskayanın meyitini aidiyyəti üzrə təhvil veriblər.


Müəllif: Teleqraf.com