2 Sentyabr 2018 09:05
996
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sumqayıt şəhərində beşmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində ümumi sahəsi 70 m² olan 3 otaqlı mənzilin 1 otağında 1 ədəd məişət avadanlığı yanıb.

Teleqraf.com Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, yüksək temperaturdan dəhlizin lambirdən ibarət tavanı 3 m² sahədə qarsalanıb.

Yanğın zamanı 10 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunmuşdur. Otaqlar yanğından mühafizə olunmuşdur. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Müəllif: Hacı Zeynalov