Yaponiyanın Hokkaydo adasında baş verən zəlzələ zamanı ölənlərin sayı 2 nəfərə çatıb.
Teleqraf.com xəbər verir ki, bu barədə hökumətin baş katibi Yosixide Suqa mətbuat konfransında bildirib.
Məlumata görə, təbii hadisə zamanı xəsarət alanların sayı 125 nəfərə çatıb. Bundan əlavə, zəlzələ zamanı 39 nəfər itkin düşüb.
07:00
Yaponiya polisinin və yanğından mühafizə xidmətinin məlumatına görə, Hokkaydo adasında baş verən 6,7 ballıq zəlzələ zamanı 110 nəfər xəsarət alıb, 19 nəfər insan itkin düşmüş sayılır.
Atsuma qəsəbəsində torpaq sürüşməsi baş verib. 19 nəfərin yerini müəyyənləşdirmək mümkün olmayıb. Tomakomay şəhərində xəsarət alan bir nəfər kritik vəziyyətdədir.
Adada elektrik təchizatı böyük miqyasda dayandırılıb. Bu səbəbdən 3 milyondan çox insan işıqsız qalıb.
***
Yaponiyada güclü zəlzələ baş verib.
Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-ın Sakit Okendakı Seysmoloji Xidmətinin məlumat yayıb.
Yeraltı təkanların gücü Rixter cədvəli ilə 6,7 bal təşkil edib.
Zəlzələnin episentri Hokkaydo adasında Sapporo şəhərindən 66,9 kilometr aralıqda 39 kilometr dərinlikdə qeydə alınıb.
Tələfat və dağıntı haqqında məlumat verilmir.