Amerikanın Şimali Karolina ştatının kiçik Leqqett şəhərində polis əməkdaşları iki nəfərin itkin düşməsi ilə əlaqədar gəldikləri evdə iki nəfərin meyitini aşkar ediblər.
"Report" "Wral.com" portalına istinadən xəbər verir ki, meyitlər şəhər meri Hari Skelton və onun həyat yoldaşı Ceki Don Skeltona məxsus olub.
Onların ölüm səbəbi və hadisə ilə bağlı şübhəlilərin adları açıqlanmır. Hadisənin bütün təfərrüatı sentyabrın 7-si səhər saatlarında keçiriləcək mətbuat konfransında açıqlanacaq.