Rusiyanın "Qazprom" şirkətinin sədri Aleksey Miller və müavini Moskvanın Kaşirski prospektində qəzaya düşüb.
Bu barədə danışan şirkət rəsmisi Sergey Kupriyanov hadisəni təsdiqləyib, ancaq ciddi bir şeyin olmadığını söyləyib.
"Xəsarət alan olmayıb. Qaydalar çərçivəsində yol gedirdik", - Kupriyanov deyib.