8 Sentyabr 2018 21:14
2 270
12 Punto 14 Punto 16 Punto 18 Punto

2018-ci il sentyabrın 8-də Dövlət Sərhəd Xidmətinin (DSX) N saylı hərbi hissəsində 1997-ci ildə Cəlilabad rayonunda anadan olmuş, Silahlı Qüvvələrə 2018-ci ilin iyul ayında çağırılmış əsgər İsgəndərov Ceyhun İsa oğluna mülki şəxs tərəfindən bədən xəsarəti yetirilib.

Teleqraf.com DSX-yə istinadən xəbər verir ki, hadisə saat 15:00 radələrində baş verib.

Məlumata görə, 1986-cı il təvəllüdlü, Ağdam rayon sakini Hüseynov Camal Saleh oğlu əsgər C.İsgəndərovun valideynlərinin göndərişi üzrə onunla görüşə gəlməsi bəhanəsi ilə hərbi hissəyə keçib. Orada qəfildən əsgərin döş və qarın nahiyəsinə özü ilə gətirdiyi bıçaqla 3 zərbə endirib.

Yaralı əsgər Sumqayıt təxirəsalınmaz təcili tibbi yardım xəstə­xana­sına çatdırılıb. C.İsgəndərov xəstəxananın və DSX hərbi hospitalının həkimləri tərəfindən əsgər hazırda əməliyyat olunur. Vəziyyəti ağırdır.

Hadisə barədə əsgərin valideynlərinə məlumat verilib.

Faktla bağlı Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev xəstəxanaya gedib.

Hadisəni törədən C.Hüseynov saxlanılıb. O, cinayəti şəxsi münasibət zəminində törətdiyini bildirib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər