9 Sentyabr 2018 09:17
590
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çində 5,9 bal gücündə baş verən zəlzələ nəticəsində ən azı 26 nəfər xəsarət alıb. Zəlzələ ölkənin Yunnan vilayətində baş verib.

Teleqraf.com-un məlumatına görə, bu barədə zəlzələ fəsadları ilə yerli mübarizə qərargahı məlumat yayıb.

Qərargahın məlumatına görə, hadisə yerli vaxtla sentyabrın 8-i 10:31-də baş verib: "4964 nəfər dağıntılar ərazisindən təhlükəsiz yerlərə köçürülüb. Ümumilikdə zəlzələdən "müxtəlif dərəcələrdə" 29398 nəfər zərər çəkib. Həmçinin zəlzələ nəticəsində 34 məktəb dağılıb".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər