9 Sentyabr 2018 13:58
1 011
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mingəçevir şəhərində qəzaya düşmüş şəxslərin adları məlum olub.

Bunlar biri "Mercedes"in sürücüsü və eyni zamanda bəyin xalası oğlu olan 1992-ci il təvəllüdlü Tahir İsmayılov, digəri isə gəlinin 1970-ci il təvəllüdlü qayınanası Hicran Məmmədovadır.

Hadisə gəlin toy məclisi üçün bəzədilməkdən gətirilirmiş.

***

12:37

Mingəçevir şəhərində içərisində toya hazırlaşan gəlinin də olduğu maşın qəzaya düşüb.

Nəsimi və Nərimanov küçələrinin kəsişməsində “Mercedes” markalı minik avtomobili yük maşını ilə toqquşub.

Nəticədə adları hələ ki, dəqiqləşdirilməyən minik avtomobilinin sürücüsü və bir qadın sərnişin xəsarət alıb.Yaralılar xəstəxanaya aparılıb.

Minik avtomobilində toya hazırlaşan şəhər sakinləri, o cümlədən gəlin olub. Xoşbəxtlikdən gəlin qəzadan xəsarətsiz ötüşüb.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər