Şəmkir rayonunda intihar hadisəsi baş verib.
Hadisə şəhərin Siyavuş Sərxanlı küçəsində yerləşən fərdi evlərdən birində qeydə alınıb. 2004-cü il təvəllüdlü Aynurə İsmayıl qızı Əkbərova yaşadığı evdə özünü asıb.
Onun hansı səbəbdən intihar etdiyi isə hələlik məlum deyil.
Faktla bağlı Şəmkir rayon Prokurorluğunda araşdırma aparılır.