Varşavada ATƏT-in insan haqları üzrə müşavirəsində Tacikistan hökumətinin nümayəndələri ilə müxalifət təmsilçiləri arasında dava olub.
Teleqraf.com xəbər verir ki, bu barədə Azadlıq radiosunun Tacikistan xidməti məlumat yayıb.
Bildirilir ki, müşavirənin keçirildiyi hotelin çıxışında Tacikistan müxalifətinin nümayəndəsi Sulaymoni Orzu tacik deputat tərəfindən yumruq zərbəsi alıb.
Hotel əməkdaşları davanın qarşısını alıblar.
Müxaliflər faktla bağlı yerli hüquq mühafizə orqanlarına şikayət ediblər.