Belarusiyanın Minsk əyalətinin Slutsk şəhərində ər və arvada arılar hücum edib.
Teleqraf.com Rusiya mətbuatına istinadən xəbər verir ki, arıların sancması nəticəsində isə 63 yaşı qadın dünyasını dəyişib.
Mərhumun əri polisə ifadəsində bildirib ki, onlar istirahət etmək üçün bağ evinə gəliblər. Həyətdə mürəbbə bişirərkən isə qəfildən arıların hücumuna məruz qalıblar.
Kişi dərhal təcili yardıma zəng etsə də qadını xilas etmək mümkün olmayıb.