20 Sentyabr 2018 22:35
1 560
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çerkizov bazarının sabiq rəhbəri, azərbaycanlı milyarder Telman İsmayılovun bacısı oğlu Zaur Mərdanov müğənni Avraam Russonun oğurlanmasında müqəssir bilinərək iki ay müddətinə həbs edilib.

Qərarı Moskvanın Basmannı rayon məhkəməsinin hakim Yelena Lenskaya elan edib.

O, bir qrup şəxs tərəfindən əvvəlcədən razılaşdırılmış insan həyatı və ya sağlamlığı üçün təhlükəli olan güc tətbiqi və ya belə bir zorakılıq təhdidi ilə (RF CM-nin 126-cı maddənin 2-ci hissəsi) törədilmiş oğurluq hadisəsi üzrə ittiham olunur.

Müstəntiq məhkəmədə bildirib ki, Mərdanovun cinayətdə iştirakı şahidlərin ifadələri və ekspertiza rəyləri əsasında toplanmış sübutlarla əsaslandırılıb. Azərbaycan əsilli Rusiya vətəndaşı günahını etiraf etməyib.


Müəllif: Mənbə/Publika.az