Daxili İşlər Nazirliyi ötən gün paytaxtda 4 nəfərin ölümü ilə nəticələnən qəza ilə bağlı məlumat yayıb.
Teleqraf.com xəbər verir ki, sentyabrın 20-də saat 18 radələrində Xətai rayonu ərazisində Bakı şəhər sakini Anar Əzimov idarə etdiyi “Hyundai” markalı avtomobili yolun kənarındakı metal dirəyə vurub. Nəticədə sürücü və sərnişinləri - həmyerliləri Həsən Məmmədsadıqov, Nurlan Rüstəmov və Qəbələ rayon sakini Hafiz Bilalov hadisə yerində ölüblər.
Faktla bağlı Xətai rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.