Nyu-Yorkda qadın əlində bıçaqla uşaq bağçasına hücum edib.
Teleqraf.com ABŞ mediasına istinadla xəbər verir ki, hücum nəticəsində 3-ü uşaq olmaqla 5 nəfər xəsarət alıb.
Hal şahidlərinin verdiyi məlumata əsasən, naməlum qadın əlində bıçaq bağçaya daxil olub və sağa-sola zərbələr endirməyə başlayıb.
Kimliyi məlum olmayan 52 yaşlı qadın polis tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.