23 Sentyabr 2018 10:44
1 548
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı bulvarında kişi meyiti tapılıb.

Teleqraf.com FHN-in rəsmi saytına istinadən məlumat verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, dünən Səbail rayonu, Dənizkənarı Milli Park ərazisində dənizdə batdığı ehtimal olunan 1 nəfərin axtarışları başa çatıb. Hadisə yerinə cəlb olunmuş Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu naməlum kişi meyitini (təxminən 20-25 yaşlarında) taparaq sudan çıxarıb və aidiyyəti üzrə təhvil verib.

Əməliyyat başa çatıb.


Müəllif: Teleqraf.com