25 Sentyabr 2018 11:12
2 111
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı şəhər Sabunçu qəsəbəsi, Nəsib Məlikov küçəsi 7 ünvanında yerləşən 67 saylı məktəbdə şagird ölümü baş verib.

Publika.az xəbər verir ki, dünən günorta saatlarında məktəbin 2-ci sinif şagirdi, 2010-cu il təvəllüdlü Xəlilov Sabir Adil oğlunun səhhəti qəfil pisləşib. Dərhal təcili tibbi yardıma müraciət edilsə də 8 yaşlı uşağın həyatını xilas etmək mümkün olmayıb.

Məktəbdən bildirilib ki, hadisə tənəffüs vaxtı baş verib: “Uşaqlar çox kiçik olduğundan müəllimlər tənəffüs vaxtı bayıra buraxmır, yeməklərini elə sinifdə yeyirlər. Qəfildən uşaqların içində Sabirin halı pisləşib, ishal olub. Bir qədər sonra ağzından qan gəlib. Bizdə olan məlumata görə, uşağın səhhətində ciddi problemlər olub, kəllə-beyin təzyiqindən əziyyət çəkirmiş”.

Qeyd edək ki, ölüm faktı ilə bağlı ekspertiza təyin olunub, araşdırma aparılır.


Müəllif: Teleqraf.com