Türkiyə ilə Kipr adası arasındakı beynəlxalq sularda içində 14 suriyalının olduğu gəmi son anda batmaqdan xilas edilib.
Teleqraf.com Türkiyə KİV-nə istinadla xəbər verir ki, qeyri-qanuni immiqrantları daşıyan gəminin mühərriki xarab olduğu üçün uzun müddət suyun səthində qalıb.
Şimali Kipr Türk Cümhuriyyətinə qeyri-qanuni yolla immiqrant gətiriləcəyi xəbərini alan sahil təhlükəsizlik komandanlığı bölgədə axtarış və xilasetmə qruplarının helikoterləri ilə birlikdə gəmini aşkar edib. Suriyalılar tibbi müayinədən keçirilib, xarab olan gəmi isə Qazimusa limanına aparılıb.