27 Sentyabr 2018 16:39
1 998
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sabunçu rayonunda yerləşən geyim əşyalarının satıldığı mağazalardan birindən içərisində 45116 manat olan seyf naməlum şəraitdə oğurlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, bu barədə obyekt sahibi Sabunçu rayon Polis İdarəsinin 13-cü polis bölməsinə məlumat verib.

Məlumat daxil olan kimi əməliyyat-istintaq qrupu tərəfindən hadisə yerinə baxış keçirilib.

“İsti” izlərlə həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən oğurluq hadisəsinin Neftçala rayon sakini Seymur Piriyev tərəfindən törədilməsi müəyyən edilib və o, görülən zəruri tədbirlər nəticəsində saxlanılıb.

Araşdırma zamanı məlum ki, saxlanılan şəxs qeyd edilən obyektdə mühafizəçi işləyib və təxminən iki ay əvvəl işdən çıxarılıb.

Bu səbəbdən o, seyfin saxlanıldığı otağın harada yerləşməsi, həmçinin içində pul olması barədə məlumatlı olub.

Seymur Piriyev istintaqa verdiyi ifadəsində oğurluq etdiyini etiraf edib.

Oğurluq hadisəsi barədə 13-cü polis bölməsində toplanan materiallar araşdırılması üçün Sabunçu rayon Polis İdarəsinin istintaq şöbəsinə göndərilib.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, zəruri istintaq və əməliyyat tədbirləri davam etdirilir.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər