28 Sentyabr 2018 12:45
1 585
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Yasamal rayonunda soyğunçuluq hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, rayonu ərazisində azyaşlı uşağın mobil telefonunun əlindən alınması barədə Daxili İşlər Nazirliyinin “102 – Zəng Mərkəzi”nə müraciət daxil olub.

Məlumatla əlaqədar 29-cu polis şöbəsinin əməkdaşları hadisə yerinə gəliblər.

Müəyyən edilib ki, naməlum şəxs Abşeron rayon sakini, azyaşlı O.K.-nin Zərdabi küçəsində saxladığı “Mercedes” markalı avtomobilində olan azyaşlı oğluna zor tətbiq edərək mobil telefonunu alıb.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən şəxs müəyyən edilərək saxlanılıb.

Araşdırmalarla onun Bakı şəhər sakini Kamil Məmmədov olduğu məlum olub.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər