Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi və şəhər, rayon polis orqanları tərəfindən qanunsuz ovun, mülki silahın daşınması qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə mütəmadi tədbirlər həyata keçirir.
Teleqraf.com xəbər verir ki, DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsinin Biləsuvar rayon polis şöbəsinin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumlarının əməkdaşları ilə birgə keçirdikləri tədbirlər nəticəsində qanunsuz ovla məşğul olan Cəlilabad rayon sakinləri Səfər Əhmədov və Çingiz Əliyev saxlanılıblar.
Həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin 272.3-cü (ov qaydalarının kobud şəkildə pozulması) maddəsinə əsasən protokollar tərtib olunub və hər biri 500 manat məbləğində cərimə ediliblər.
Bu istiqamətdə tədbirlər davam etdirilir.