Bakının Sabunçu rayonunda qətl hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, Sabunçu qəsəbəsində yaşayan 34 yaşlı Valeriy İsakovun evində meyiti aşkar olunub.
Hadisə ilə bağlı polis və prokurorluq orqanlarına məlumat verilib.
Tufeyli həyat tərzi keçirən Valeriy İsakovun baş və burun nahiyəsində xəsarətlərin olması müəyyən edilib.
Hadisə ilə bağlı polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq araşdırmalara başlayıb.
Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi, Sabunçu rayon Polis İdarəsinin 12-ci polis şöbəsi və rayon prokurorluğu əməkdaşlarının birgə keçirdikləri təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Ramana qəsəbə sakini Azad Dandış saxlanılıb.
Faktla bağlı Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.