Alman boksçu Qrasiano Rokkicani İtaliyada avtomobil qəzasında ölüb.
Teleqraf.com xəbər verir ki, 54 yaşlı veteran idmançı bir neçə gün öncə dincəlmək üçün İtaliyaya səfər edib.
Qeyd edək ki, vaxtilə Rokkicani IBF (Beynəlxalq Boks Federasiyası), habelə WBC (Ümumdünya Boks Şurası) versiyası üzrə dünya çempionu olub. O, peşəkar rinqdə keçirdiyi 48 döyüşdən 41-də qalib olub.