Zaqatala rayonunda gəlin qayınanası və həyat yoldaşı tərəfindən döyülüb.
Bu gün axşam saatlarında rayonun Yuxarı Tala kənd sakini Ləman Tərlan qızı İbrahimova bədənin çoxsaylı sıyrılmış və əzilmiş xəsarəti ilə Zaqatala Mərkəzi Rayon Xəstəxanasına (MRX) daxil olub.
MRX-dan “Report”a bildirilib ki, L.İbrahimova müayinə zamanı qayınanası və həyat yoldaşı tərəfindən döyülərək xəsarət aldığını deyib. Qadına lazımi tibbi yardım göstərilib, müalicəsi xəstəxananın Travmatologiya şöbəsində aparılır.
Faktla bağlı araşdırma aparılır.